AŞPA həmməruzəçiləri Azərbaycanla bağlı məruzəni təqdim etdilər

09.03.2017 11:42     Siyasi reaksiya     1194

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana etdikləri səfərin yekunları ilə əlaqədar məruzəni AŞPA Komitəsinin iclasında təqdim ediblər.

AŞPA Monitorinq Komitəsinin iclası martın 8-də Parisdə keçirilib.

Ştefan Şennax və Sezar Florin Preda məruzədə Azərbaycanda QHT-lər haqqında qanunvericiliyi, ölkədə keçirilən konstitusiya referendumu, həmçinin söz azadlığı ilə bağlı vəziyyəti yenidən qiymətləndiriblər.

Həmməruzəçilər islahat proseslərinə "təkan verilməsi" və Azərbaycan hökuməti ilə dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar