Fransalı senator: “Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir”

13.03.2017 14:17     Siyasi reaksiya     1455

Milli Məclisdə Fransa Senatının dostluq qrupunun üzvləri ilə görüş keçirilib.

 

Apa-nın məlumatına görə, görüşdə Azərbaycan tərəfdən deputatlar Cavanşir Feyziyev, Səməd Seyidov, Fransa tərəfdən isə Senatın Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar, qrupun üzvü Natalie Qule və digərləri iştirak ediblər.


C. Feyziyev qonaqları salamlayaraq iki ölkə arasında münasibətlərin inkişafından, Dağlıq Qarabağ münaqişəsindən danışıb. A. Reyşar isə bildirib ki, Fransa Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişə olduğunu başa düşür: “Bizim, burada əyləşən şəxslərin hər birinin, artıq bu barədə yetərincə məlumatı var. Biz Azərbaycanı yaxından tanıyan insanlar kimi Azərbaycan haqq işinə dəstək verəcəyik. Azərbaycanın torpaqları işğal olunub. Yaxşı olardı ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Ancaq hansı yolla olur olsun, bu torpaqlar geri qaytarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Azərbaycan öz torpaqları üzərində nəzarəti bərpa etməlidir. Ötən ilin aprel ayında baş verən hücumlar artıq narahatlığın pik həddə olduğunu göstərir. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.

 

Görüş mətbuata qapalı davam edib. 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar