Xələf Xələfov: İşğal edilmiş ərazilərimizdə Ermənistanın qeyri-qanuni iqtisadi fəaliyyətinin qarşısı alınmalıdır

15.03.2017 12:15     Siyasi reaksiya     1333

İşğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qeyri-qanuni iqtisadi fəaliyyətin və məskunlaşdırma siyasətinin aparılmasının, yerli resursları talamaqla istehsal edilən malların xarici bazarlara çıxarılmasının qarşısını alan addımlar atılmalıdır.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün "İslam həmrəyliyi -zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, beynəlxalq təşkilatlar Xocalı soyqırımının tanıdılması üçün müvafiq addımlar atmalıdırlar: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tələb edir. Ermənilər işğal olunmuş ərazilərdə etnik təmizləmə və Xocalı soyqırımı həyata keçirib. İslam Əməkdaşlıq Təşkilatına bu məsələyə siyasi və hüquqi qiymət verməsinə görə təşəkkür edirik. Biz digər üzv ölkələri də bu sahədə həmrəylik nümayiş etdirməyə çağırırıq".

X.Xələfov deyib ki, islam dininə qarşı edilən əks təbliğatların qarşısının alınması üçün islam ölkələrinin öhdəsinə daha çox əhəmiyyətli məsələlər düşür. Azərbaycan dövləti beynəlxalq sistemdə islamın nüfuzunun gücləndirilməsi üçün əhəmiyyətli addımlar artır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar