Baş nazir: “Son on ildə ölkədə 1 milyon 267 iş yeri açılıb”
17.03.2017 12:27 Siyasi reaksiya 1309
“Son 10 il ərzində 250 min qaçqın və məcburi köçkünün problemlərinin həlli üçün 5,2 milyard manat vəsait xərclənib. Bu müddət ərzində ölkədə 1 milyon 267 iş yeri açılıb, 3 min məktəb, 600 xəstəxana, 400 turizm və mədəniyyət kompleksləri, 50-dən artıq xəstəxana tikilib”.
Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası öz işinə başlayıb.
İclasda hökumətin hesabatı ilə əlaqar baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə Nazirlər Kabinetinin üzvləri iştirak edir. Spiker baş naziri və bütün iştirakçıları salamladıqdan sonra 2016-cı illə bağlı hesabatın vaxtında parlamentə daxil olduğunu deyib.
Spiker həmçinin Azərbaycan iqtisadiyyatının ötənilki durumu ilə bağlı məlumat verrdi. O.Əsədovun sözlərinə görə, Azərbaycan işgüzar mühitin durumuna görə 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Parlamentin sədri bildirdi ki, ötən il infrostruktur layihələrin həyata keçirilməsi üçün 15 milyard manat vəsait sərf olunub.
Daha sonra söz A.Rasi-zadəyə verildl.
Baş nazir Artur Rasi-zadə hesabat verərkən bildirdi ki, ölkədə qazalaşdırmanın səviyyəsi 90 faziə çatıb. İçməli su ilə bağlı işlər ardıcıl şəkildə həyata keçirilib. Ardınca son illərin qlobal iqtisadi problemlərindən bəhs edən A.Rasi-zadə əlavə etdi ki, Beynəlxalq Bankın rəhbərliyinin cinayətkar fəaliyyəti durumu daha da ağırlaşdırıb: “Ancaq görülən işlər nəticəsində qeyri-neft sektorunun ümumi çəkisinin 60,4 faiz təşkil edib.
Baş nazir dedi ki, 2016-cı ildən bəhs edərkən dedi ki, büdcənin bir qayda olarq sosialyönümlü olması əmək haqları və təqaüdləri artırmağa imkan yaradıb. O, əlavə etdi ki, ümumilikdə 3 milyon 600 min insanı əhatə edən 10 faizlik artımla bağlı qərar verilib. O dedi ki, hesabat dövründə Sahibkarlığın İnkişafına Yardım Fondu tərəfindən sahibkarlara 190 milyon manat məbləğində güzəştli kreditlər verilib.
“Keçən il əksər kənd təsərrüfatı məhsullarının həcmi artıb” - baş nazir dedi. Bildirdi ki, son illər 200 mi hektaradək torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib, fermer təsərrüfatlarına 70 milyon manatdan artıq vəsait ayrılıb.
Şərhlər