Şəhid Eldar Fətəliyevin üç mərasimi keçirildi - Gədəbəydə

27.07.2015 15:16     Siyasi reaksiya     3554

“Gədəbəydə erməni qoşunlarının hücumunun qarşını alarkən şəhid olan Azərbaycanın hərbi qulluqçusu əsgər Eldar Fətəliyevin bu gün Gədəbəyin İvanovka kəndində üç mərasimi keçirilib”.

Reaksiya.az xəbər verir ki, bu sözləri əslən Gədəbəydən olan iş adamı, keçmiş millət vəkili Nazim Məmmədov deyib.

Onun sözlərinə görə, gədəbəyli gənclərin Facebook-da yaratdıqları təşəbbüs qrupu əllərində Azərbaycan bayrağı ilə şəhidin məzarını ziyarət etdilər, yaxınlarına başsağlığı verdilər və səbr dilədilər: “Tədbirdə gədəbəyli gənclərlə yanaşı, Gəncə, Bakı və digər bölgələrdə yaşayan gənclər, Qarabağ Azadlıq Təşkilatının üzvləri də iştirak etdilər. Gənclər “Vətən bölünməz, şəhidlər ölməz” şüarları ilə daha fəallıq göstərdilər”.

Qeyd edək ki, Eldar Fətəliyev Səxavət oğlu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Xatırladaq ki, həmin döyüşdə düşmən ən azından 5 nəfər itki verməklə geri çəkilib.

Şərhlər

Çox oxunanlar