Trampdan yeni Qarabağ həmləsi - Sarkisyana Moskvadan xəbərdarlıq

31.03.2017 11:54     Siyasi reaksiya     1196

ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə çalışır.

"Bizim məlumatlarımıza görə, ABŞ İlham Əliyev və Serj Sarkisyanın görüşünü təşkil etməyə çalışır. Aprel müharibəsindən sonra Əliyev-Sarkisyan 2016-ci ilin mayında Venyada, iyunda isə Sankt-Peterburqda görüşdülər. İndi görüş yenidən hazırlanır. Həm də, bu görüşə qədər, prezident Serj Sarkisyan martın 14-də ikigünlük rəsmi səfərlə Rusiya Federasiyasına baş çəkdi. Sarkisyan Vladimir Putinlə Qarabağ münaqişəsi ilə bağlı məsələni müzakirə edib. Bundan əvvəl İlham Əliyev eyni hədəflə Moskvaya getmişdi".

Xəbərdə Sarkisyanın Moskva səfərindən sonra Qarabağa getməsinə diqqət çəkilib. 

"Serj Sarkisyan Moskvadan qayıtdıqdan sonra Qarabağa getdi. Məlumatlı dairələrin irəli sürdüyü kimi Sarkisyan yerli "hakimiyyət"ə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə prosesi təqdim edib". 

"Moskvada Serj Sarkisyana Minsk qrupunun münaqişənin nizama salınması ilə bağlı tələbləri sərtləşdirdiyi barədə məlumat verilib",- "Aykakan jamanak"qəzeti öz mənbələrinə istinadən xəbər yazır .

Reaksiya.az

Şərhlər

Çox oxunanlar