Ermənistan MSK-dan ən son məlumat: parlamentə 4 siyasi qüvvə mandat qazanıb
Ermənistdanda 2 aprel parlament seçkilərində səslərin sayılması prosesi də Serj Sərkisyanın cızdığı plan üzrə davam edir. MSK-nın səhər saatlarında təqdim etdiyi məlumatlar elə seçki bitəndən sonra sifariş yerinə yetirən “Exit poll”un açıqladığı nəticələr demək olar ki, üst-üstə düşür.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, MSK artıq 1501 seçki məntəqəsi üzrə bülletenlərin 68 faizini hessablayıb. Gözlənildiyi kimi, total saxtakarlıqlar nəticəsində hakim Respublikaçılar partiyası 49,32 faizlə liderlik edir. Özünü Serj Sərkisyan hakimiyyətinə “müxalif” adlandıran “Tsarukyan” bloku isə 27,67 faizlə parlamentə mandat qazanan ikinci siyasi qüvvədir. “Çıxış” bloku 7,39 faizlə üçüncü, Daşnaksütyun partiyası 6,74 faizlə dördüncü olmaqla parlamentə düşmək şansı qazanıblar.
İndiki nəticələrə görə, parlamentdən kənarda qalan siyasi qüvvələr aşağıdakı nəticələrə malikdir:
“Ermənistan dirçəliş” partiyası isə 3,64 faiz
“Ohanyan-Raffi-Oskanyan” bloku-2,13 faiz
“Konqres-EXP” bloku 1,57 faiz
“Azad demokratlar” partiyası – 0,86 faiz
Kommunist partiyası-0,71 faiz
Qeyd edək ki, seçkidə iştirak edən partiyalar 5 faizlik, bloklar isə 7 faizlik baryeri aşmalı idi. Bundan sonra sayılacaq bülletenlərin nəticələrə ciddi təsir edəcəyi inandırıcı deyil. Beləliklə, Qarabağ məsələsində Ermənistanı güzəştli sülhə çağıran Seyran Ohanyanın və Levon Ter-Petrosyanın rəhbərlik etdiyi bloklar bu nəticələrə əsasən mandatsız qalmış sayılır. Müxalifətin bu nəticələri həzm edib-etməyəcəyini isə demək çətindir.
İkinciliyi “təmin edən", Qagik Tsarukyan və Ovik Abramyan kimi tanınan şəxslərin (O.Abramyan erməni olqarxlarındandır-C.T.) liderliyi ilə təsis olunan “Tsarukyan bloku” hələ seçkilərdən əvvəl şanslı sayılırdı. Hətta Qagik Tsarukyanın adı növbəti prezident kimi hallandırılırdı. Üstəlik, Rusiyanın ona “stavkası” haqda iddialar var. Görünür, Sərkisyan həm də öz “ağası”nın işarəsinə əsasən Qərbə inteqrasiya tərəfdarı olan qüvvələrdənsə, Rusiyameyilli müxalifəti daha təhlükəsiz saydığı üçün 2018-ci ildə prezidenti seçəcək parlamentə buraxmaq qərarını verib. Q.Tsarukyanın adı həm də keçmiş prezident Robert Köçəryana yaxın şəxs kimi hallanır. R.Köçəryanın yalnız seçkilər başa çatandan 30 dəqiqə sonra Moskva-İrəvan reysi ilə Ermənistana qayıtması da şübhələr yaradır.
Şərhlər