İŞİD-in Türkiyədəki rəhbəri həbs edildi - VİDEO

27.07.2015 17:13     Siyasi reaksiya     1730

Türkiyədə İŞİD əməliyyatında nəzarətə alınanlardan “Əbu Hənzələ” kod adlı Xalis Bayancuk  həbs olunub.

Reaksiya.az xəbər verir ki, eyni əməliyyatda Bayuncukla birlikdə 3 nəfər də nəzarətə götürülüb.

Ramazan ayında İŞİD təbliğatı ilə bayram namazı qıldıran Bayuncuk cihad çağırışı etmiş və Türkiyəyə təhdid xarakterli sözlər söyləmişdi. Bayuncuk "İŞİD bizim müsəlman qardaşımızdır, onlara qarşı hər hücumu bizə edilmiş sayırıq" demişdi.

Ömərli Su Anbarında çəkildiyi ehtimal edilən görüntüdə demokratiyanı tənqid edən Bayancuk şəriət idarəçiliyi istədiklərini söyləmiş və Türk hökumətinə yönəlik tənqid edib təhdid xarakterli fikirlər səsləndirmişdi.

Bayancuk "Müsəlmanların evlərini səhər saat 5-də bassanız, sizdən Allaha şikayət edərik. Ağlınızı başınıza alın" ifadələrini işlətmişdi.

Şərhlər

Çox oxunanlar