Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri XİN rəhbərlərinin iclasında iştirak edəcək

10.04.2017 10:26     Siyasi reaksiya     1335

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski və digər rəsmi şəxslərlə görüşəcək.

Polşaya səfər əsnasında azərbaycanlı nazir aprelin 12-də Varşavada keçiriləcək "Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək. "Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar