Atambayev: "ABŞ, Qırğızıstanda xaos yaratmağa çalışır"...

27.07.2015 18:25     Siyasi reaksiya     2728

ABŞ Xarici İşlər Nazirliyinin 2015 - ci il İnsan Hüquqları müdafiəçisi mükafatını Qırğızıstan Ali Məhkəməsinin ömür həbs cəzasına məhkum olunan Azimjan Askarova verməsinin əks-sədaları hələ də davam edir.
ABŞ ilə 1993-cü ildə imzalanan əməkdaşlıq razılaşmasını keçən həftə təktərəfli olaraq ləğv Bişkek rəhbərliyi Vaşinqtona sərt reaksiya verməyə davam etdirir.
Qırğızıstan prezidenti Almazbek Atambayev ABŞ-ın mükafatı Askarova verməklə ölkədə xaos və anarxiya yaratmağa çalışdığını ifadə edib.
TASS xəbər agentliyinə açıqlama verən Atambayev bildirib ki, ABŞ-ın qərarı, məzhəblərarası düşmənçiliyi qızışdırmaq məqsədini güdən hərəkətlərə bənzəyir. Belə bir talehsizliyin təkrar yaşanmayacağına ümid edirəm. Qırğızıstanda xaos yaratma cəhdlərini kədərlə qarşılayıra".
Qırğızıstan prezidenti hökumətin ABŞ ilə 1993-cü ildə imzalanan razılaşmanın ləğvini nəzərdə tutan qərarını dəstəklədiyini də vurğulayıb.

Şərhlər

Çox oxunanlar