“PKK-ya qarşı əməliyyata gec başladıq” - VİDEO

28.07.2015 11:14     Siyasi reaksiya     2248

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məclis Başqanlıq Divanı üzvlərinin qəbulunda PKK-ya qarşı əməliyyatlarda gecikdiyini söyləyib.

Reaksiya.az xəbər verir ki, o, 3 dünya liderini telefonla arayıb əməliyyatlarla bağlı məlumat verdiyini də bildirib.

Dünən TBMM-in sədri İsmət Yılmaz başda olmaqla bir qrup rəsmilər Prezident Ərdoğanı ziyarət edib.

Görüşə AKP və MHP-nin üzvləri qatılsalar da CHP və HDP-dən heç kəs gəlməyib.

“Sabah”qəzetinin verdiyi xəbərə görə, Ərdoğan mətbuata qapalı görüşdə Qəndil və İŞİD mövqelərinin bombalanmasına və şəhərlərdə aparılan əməliyyatlara dair fikirlərini bölüşüb.

Ərdoğan bildirib ki, PKK kürd problemi ilə bağlı lazım olan həll prosesini yerinə yetirməyib: “Əslində bu əməliyyatlara gec başladıq. Daha əvvəl keçirilməli idi".

Kimsənin Türkiyəyə hücum etməsinə imkan verilməyəcəyini, terrorla mübarizənin bu çərçivədə qətiyyətlə davam etməsinin vacibliyini vurğulayan Ərdoğan "İctimai asayış təmin olunmalıdır" mesajını verib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən axşam Fransa Prezidenti Fransua Olland, Qətər Əmiri Şeyx Temim bin Hamed Al Sani və Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdulaziz Al Suud ilə telefon danışığı aparıb.

Ərdoğan apardığı danışıqlarda Türkiyənin son terror hücumları, onun ardınca keçirdiyi əməliyyatlar haqqında məlumat verib.

 

 

 

Şərhlər

Çox oxunanlar