Aİ-yə böyük zərbə: - Rusiya Hollandiyadan çiçək idxalına qadağa qoyub

28.07.2015 11:44     Siyasi reaksiya     2391

 
Rusiya çiçəklərin arasında karantin dövrü üçün zərərli orqanizmlər olduğuna görə Hollandiyadan çiçək idxalını qadağan edib.
 
Reaksiya.az xəbər verir ki, Rusiya Bitki Qoruma və Karantin Federal Xidmətinin (Rosselhoznadzor) verdiyi yazılı açıqlamada bildirib ki, ölkənin milli karantin və bitki qoruma təşkilatlarına, Rusiyaya ixrac edilən Hollandiya istehsalı olan çiçəklər üçün lisensiyaların tamamilə dayandırılması təklif edilib.
 
"Rosselhoznadzor" sədrinin müavini Aleksey Alekseyenko Hollandiyadan idxal edilən bütün çiçəklər üçün müvəqqəti qadağanın qoyulduğunu bildirib. Qurumun rəsmisi problemlə əlaqədar ən qısa müddətdə keçirilməsi planlaşdırılan texniki müşavirələrdan sonra qadağanın uzadılması ya da qaldırılması ilə bağlı qərar verəcəklərini söyləyib.
 
O, qeyd edib ki, hələlik qadağa təkcə Hollandiyadan gətirilən çiçəklərə qoyulub.
 

Şərhlər