Türkiyə sərhədinin İŞİD-dən təmizlənmə planı - VİDEO

28.07.2015 11:51     Siyasi reaksiya     1183

ABŞ-la Türkiyə arasında əldə olunmuş razılığa əsasən sərhəddə eni 90, uzunluğu 40 kilometr olacaq de-fakto bufer zona yaradılacaq.

Reaksiya.az xəbər verir ki, İŞİD-dən təmizlənəcək əraziyə F-16-lar nəzarət edəcək.

Baş nazir Əhməd Davudoğlu dünən Dolmabaxçada qəzetlərin ümumi yayım müdirlərinə "Artıq sərhədimizdə İŞİD görməyəcəyik. Necə edirik, hansı mərhələlərdə edirik, bu, bizlikdir. Onların yerinə müxaliflərin məskunlaşmasını istəyirik" demişdi.

ABŞ-la Türkiyə arasında əldə edilən razılaşmanın detallarını “Wall Street Journal”la “Washington Post” da yazıb.

Buna görə Ankara - Vaşinqton xəttində 10 aydır ki, davam edən müzakirələr nəticəsində İncirlik daxil olmaqla Türkiyədəki hərbi hava bazaları koalisiya təyyarələri üçün açılıb.

Beləliklə, Suriyadakı təhlükəsizlik Türk əsgərinin sərhədi keçmədən təmin olunacaq. İlk mərhələdə bölgəyə İordaniya və Türkiyədə öyrədilərək silahlandırılan müxaliflər yerləşdiriləcək. Bölgə, sonrakı aylarda Türkiyəyə sığınan 2 milyona yaxın Suriyalıya də təhlükəsiz həyat bəxş edəcək. Bu şəkildə Türkiyənin üzərindəki köçkün yükü də yüngülləşəcək.

 

 

Şərhlər

Çox oxunanlar