Davudoğlu “HDP qapadılsın” çağırışına cavab verdi

28.07.2015 12:05     Siyasi reaksiya     1220

Türkiyənin Baş naziri Əhməd Davudoğlu MHP-nin başqanı Dövlət Bağçalının HDP-nin bağlanması üçün etdiyi müraciətə cavab verib.

Reaksiya.az xəbər verir ki, Davudoğlu "Prinsipial olaraq, biz partiyaların, qurumların deyil, kim terrora bulaşıbsa, kim terroru müdafiə edibsə, o şəxslərin cəzalandırılmasının lazım olduğunu düşünürük" sözlərini deyib.

“HDP PKK-dan qorxur. Onların fikrincə, 13 faiz səsləri var, arxalarında isə PKK durur. Onlar İŞİD-ə dəstək verirlər və buna görə də cəzalandırılacaqlar. Cəzalandırmaq səlahiyyəti isə onlarda deyil, dövlətdədir. Terror təşkilatları harada olursa-olsun, cəzalandırılır. Silahla demokratiya bir arada mövcud ola olmaz”, - deyə Baş nazir bildirib.

 

Şərhlər

Çox oxunanlar