Suriya müxalifəti 4 təpəni ələ keçirdi - Əsədə zərbə

28.07.2015 12:22     Siyasi reaksiya     1182

Suriya müxalifətinə aid birliklər İdlib və Hama kəndində strateji əhəmiyyətə malik olan 4 təpənin nəzarətini təmin edib.

Reaksiya.az xəbər verir ki, səhra komandiri İyad Şear Anadolu agentliyinin müxbirinə verdiyi açıqlamada bu faktı təsdiq edib.

Həmin təpələrin ətrafında müxaliflərlə Əsəd qüvvələri arasında şiddətli qarşıdurmaların yaşandığını dilə gətirən Şear "Müxaliflər Cesr eş Şuğur və Hamanın şimal-qərbində Əsəd qüvvələrinin yerləşdiyi polis bölməsi və hərbi məntəqələrə hücum edib. Hücumlarda rejim qüvvələri itki verib. Müxaliflər Əsəd qüvvələrinin uzaqda yerləşən nöqtələrinə qrad raketləri atıb. Müxaliflərin bu bölgədə irəliləməsi Allahın izniylə davam edəcək " sözlərini deyib.

Qeyd edək ki, təpələrin ələ keçirilməsindən sonra Bəşər Əsəd ordusuna aid döyüş təyyarələri İdlib əyalətindəki kənd və şəhərləri bombardman edib.

Şərhlər

Çox oxunanlar