Bakıda regional konfrans keçirilir

25.04.2017 12:41     Siyasi reaksiya     1325

İclasda "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə dayanıqlı sağlamlığın qorunmasında parlamentin rolu" mövzusunda müzakirələr aparılacaq

Hazırda Azərbaycan Milli Məclisində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin (PM) Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 48-ci iclası keçirilir.

Reaksiya.az xəbər verir ki, iclasda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasındakı (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və qonaqlar iştirak edirlər.

İclasda "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə dayanıqlı sağlamlığın qorunmasında parlamentin rolu" mövzusunda müzakirələr aparılacaq.

Reaksiya.az
 

Şərhlər

Çox oxunanlar