İlham Əliyevin Birinci vitse-prezidentlə bağlı təklifi qəbul edildi

25.04.2017 15:24     Siyasi reaksiya     1046

Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi müəyyənləşib

Milli Məclisin plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilib. Reaksiya.az  xəbər verir ki, layihəyə görə, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır
İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.


Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 11.1.1.1-ci maddəsindəki "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi," sözlərinin "orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi," sözləri ilə əvəz edilməsi təklif olunur. Həmçinin "Azərbaycan Respublikası Dövlət müşavirlərinin" sözlərinin "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin" sözləri ilə əvəzlənməsi istənilir.

Reaksiya.az 

 

Şərhlər

Çox oxunanlar