Çexiya parlamenti uydurma "erməni soyqırımı”nı tanıyıb

26.04.2017 10:53     Siyasi reaksiya     1300

Çexiya parlamentinin deputatlar palatası uydurma “erməni soyqırımı”nı pisləyən qətnamə qəbul edib.

 

Apa-nın “news.am”a istinadən verdiyi məlumata görə, qətnamənin lehinə 104 deputat səs verib.

 

Sənəddə qondarma “erməni soyqırımı” insanlığa qarşı cinayət adlandırılır.

 

Qətnamə layihəsi Sosial-demokratlar partiyasından olan deputat Robin Beniş tərəfindən parlamentə təqdim olunub.

 

O bildirib ki, uydurma "soyqırımı"nın 102-ci ildönümündə bu qətnamənin qəbulu simvolik xarakter daşıyır.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar