Moskvada kritik Qarabağ görüşü başladı

28.04.2017 12:28     Siyasi reaksiya     1562

Moskvada Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Reaksiya.az apa-ya istinadən xəbər verir ki, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunacağı danışıqlar qapalı, mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd edək ki, danışıqların müəyyən mərhələsinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar