MİT-in gizli iclası - Türkmən ordusu yaradıldı

28.07.2015 12:57     Siyasi reaksiya     1699

 
İŞİD-ə qarşı başlanılan əməliyyatlardan sonra Ankarada sürpriz bir iclas keçirilib.

Reaksiya.az xəbər verir ki, İŞİD və Suriya rəhbərliyinə qarşı vuruşan 20 Türkmən briqadasının nümayəndəsi MİT-in təşkilatçılığı ilə bir araya gəlib. Nəticədə 5 min nəfərlik Türkmən ordusunun yaradılması qərarı verilib.

Baş nazir Əhməd Davudoğlunun "Bundan sonra sərhədimizdə İŞİD-i görməyəcəyik. Necə edəcəyimizi gizli saxlayırıq" açıqlamasının detalları ortaya çıxmağa başlayıb. Bu çərçivədə MİT-in təşkilatçılığı ilə müxalif Türkmən briqadaları Ankarada sürpriz toplantıda bir araya gəlib.

“Yeni Şəfəq” qəzetinin xəbərinə görə, Suriyanın şimalında və Hələb ətrafında olan müxalif Türkmən briqadalarının təhlükəsizlik üzvlərinin, kəşfiyyatçıların və hərbçilərin iştirakı ilə geniş iclas keçirib. Dünən başlanan iclasda müzakirə olunan başlıca məsələ Birləşmiş Türkmən Ordusu olub. Gizli keçirilən iclasda 5 min nəfərlik Birləşmiş Türkmən Ordusu yaradılıb.

Toplantıda Hələb və Bayır-Bucak bölgəsində Suriya rəhbərliyinə və İŞİD-ə qarşı vuruşan müxalif briqadalardan təxminən 20 nümayəndənin iştirak etdiyi deyilir.

Birləşmiş Türkmən Ordusu 2 regionda formalaşdırılacaq. Ordunun Bayır-Bucakda qurulması ötən həftə yekunlaşıb və Ahmet Arnavut Baş Komandan təyin edilib. 2-ci Diviziya Komandiri Teğmen Tarık Solak, Xarici Əlaqələr üzrə sözçü Başşar Molla, səhra komandirləri isə Ömər Abdullah və Adil Orli olub.

Şərhlər