Avropa Birliyi-Azərbaycan danışıqları: - saziş nə vaxt imzalanacaq?

03.05.2017 11:39     Siyasi reaksiya     1346

AB-nin Bakıdakı təmsilçisi danışdı; qurum ilk dəfə olaraq Dünya Ticarət Təşkilatına daxil olmayan bir ölkə ilə hərtərəfli razılaşmaya imza atmalıdır; əsas müzakirə olunan məsələlər...

“Düşünürəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq”.

“Trend”in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M.Mard ötən həftə Aİ Xarici Əməliyyatlar Xidmətinin əməkdaşı Lyuk Devinlə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında yeni saziş üzrə intensiv danışıqların aparıldığını söyləyib: “Düşünürəm ki, tezliklə danışıqların növbəti mərhələsi baş tutacaq. Bizim məqsədimiz birlikdə intensiv şəkildə işləməkdir. Xüsusilə bu ilin noyabrında keçiriləcək ”Şərq tərəfdaşlığı" sammiti öncəsi biz böyük səylə çalışacağıq".


Xatirladaq ki, prezident İlham Əliyev aprelin 19-da Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Belçikaya səfərini məmnunluqla xatırlayan prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd edib. Səfər zamanı Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən dövlətimizin başçısı həmin sazişin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğuladı, bu istiqamətdə işlərin fəal şəkildə davam etdiriləcəyinə və vaxtında yekunlaşdırılacağına ümidvar olduğunu bildirib. Tərəflər arasında sazişlə bağlı ümumi anlaşmanın mövcud olduğunu qeyd edən prezident şlərin yekunlaşmasının danışıqlar prosesinin gedişindən asılı olacağını vurğulayıb.

Azərbaycanla Avropa İttifaqı arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini, Avropa İttifaqının bir sıra ölkələri ilə sazişlər və memorandumlar imzalanması təcrübəsinin olduğunu qeyd edib.

Image result for Avropa birliyi Azərbaycan


Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar ilkin olaraq siyasi məsələləri əhatə edir. Saziş, siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur.


Azərbaycan Aİ ilə siyasi bərabərlik əsasında bir saziş istəyir. Bu o deməkdir ki, Azərbaycan Aİ-nin siyasi assosiasiya və iqtisadi inteqrasiyası təkliflərindən özü istədiyi həcmdə faydalana biləcək.


“BBC-Azərbaycan” yazır ki, Azərbaycanla bu tip sazişi hazırlamaq Aİ üçün də asan deyil. Çünki Aİ, ilk dəfə olaraq, Dünya Ticarət Təşkilatına (WTO) daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlməlidir.


Bunun üçün Azərbaycan WTO-ya daxil olanadək WTO-dəki mövcud mexanizmləri əvəzləyəcək və hər iki tərəfə faydalı yollar tapılmalıdır.

Image result for Avropa birliyi Azərbaycan


Bundan başqa, regional stabillik, Qarabağ məsələsi, iqtisadi-ticari danışıqlara dair ortaq dil tapmaq da uzun müzakirələrə səbəb ola bilər.


Bildirilir ki, bu saziş Aİ-nin “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində ölkələrlə bağladığı sazişlərə çox bənzəyir, bura siyasi, iqtisadi-ticari, enerji regional təhlükəsizlik və Dağlıq Qarabağ istiqamətlərinin daxil ediləcəyi şübhəsizdir. Lakin hələlik sənədə daxil olacaq maddələrin dəqiq sayı naməlumdur. Siyasi əməkdaşlıq daha önəmli olacaq. Bundan başqa, iqtisadi və enerji sahəsi də əhəmiyyətli hesab edilir.


Yeni saziş Azərbaycan məhsullarının Avropa İttifaqının bazarlarına çıxışının yaxşılaşması məqsədilə Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin ən mühüm beynəlxalq ticarət norma və standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar