Gəncə və Kutaisi şəhərləri arasında əməkdaşlıq möhkəmlənir . - FOTOLAR
04.05.2017 12:33 Siyasi reaksiya 1716
Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında əməkdaşlıq ilbəil möhkəmlənir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərinın meri Şota Murquliyanın dəvəti ilə “Kutaisi Günləri” tədbirində iştirak etmək ücün Kutaisi şəhərinə səfər edib.
İcra Hakimiyyətindən Reaksiya.az verilən məlumata görə, tədbirdə həmcinin, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov da iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısının rəhbərlik etdiyi nümayəndə heyətində Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Gəncə Tibb kollecinin direktoru Mehman Rzayev olub.
Şota Murquliya, Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında 1996-ci ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirib, bu əlaqələrin davamı olaraq dəvəti qəbul edib Kutaisi şəhərinə səfərə gəldiyinə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına təşəkkür edib.
"Bizim əlaqələrimiz-qardaşlıq əlaqəsidir", - deyən E.Vəliyev vurğulayıb ki, biz bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi Gəncə-Kutaisi əlaqələrinin davamlı olmasına və digər sahələrdə də inkişaf etdirilməsinə səyimizi artıracağıq.
Qonaq dedi ki, hər iki şəhər arasında həyata keçirilən qarşılıqlı səfərlər, Gəncə və Kutaisi şəhərləri arasında əməkdaşlığa dair memorandumun imzalanması öz bəhrəsini verib, ötən dövrdə əlaqələr sürətlə inkişaf edib.
Şəhər rəhbərləri ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyini, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini birləşdirəcəklərini bildiriblər.
Şərhlər