Ərdoğan Putinə verdiyi sözü dərhal yerinə yetirdi.

04.05.2017 13:15     Siyasi reaksiya     1458

Türkiyə Rusiyadan idxal edilən buğdaya qoyulan qadağanı ləğv etdi.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə İqtisadiyyat naziri Nihat Zeybəkçi jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, dünən Soçidə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüş zamanı qarşılıqlı ticarətə qoyulan qadağaların aradan götürülməsi ilə bağlı razılıq əldə olunmuşdu.

 

Reaksiya.az

Şərhlər