Prezident İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal beynəlxalq tədbirə çevrilib
05.05.2017 10:45 Siyasi reaksiya 1355
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili üzrə təşəbbüs altı il əvvəl irəli sürülüb və bu tədbir ilk dəfə Bakıda keçirilb.
Reaksiya.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: "Həmin vaxtdan Forum gündəlikdə duran ən mühüm qlobal məsələlərdən biri – mədəniyyətlərarası dialoq məsələsinin həlli ilə məşğul olan qlobal beynəlxalq tədbirə çevrilib".
Prezident əlavə edib ki, hər bir beynəlxalq tədbirin, forumun əhəmiyyəti təkcə hansı mövzuların müzakirə olunması ilə deyil, həm də kimlərin iştirak etməsi ilə qiymətləndirilir.
"Biz çox şadıq ki, bu gün forumda 120-dən artıq ölkədən 800-dən çox qonaq iştirak edir. Bu, ilk növbədə, forumun və bu gün və sabah aparılacaq müzakirələrin əhəmiyyətini nümayiş etdirir. Biz həmçinin fəxr edirik ki, forumun tərəfdaşlarının və tədbirin təşkilində iştirak edən təşkilatların sayı artır".
İlham Əliyev bildirib ki, Azərbaycan hökuməti bu forumu YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESKO, Avropa Şurası və Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə təşkil edir.
Şərhlər