İlham Əliyev həmkarına başsağlığı verdi
28.07.2015 17:01 Siyasi reaksiya 932
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə başsağlığı verib.
Reaksiya.az xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Hindistan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və elm xadimi Abdul Kalamın vəfatı xəbəri məni çox kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, bütün xalqınıza və mərhumun yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Şərhlər