Erməni ekspert sərsəmlədi - ""ZRK" Bakıdakı banka görə vurulub"

24.05.2017 16:10     Siyasi reaksiya     1556

Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələrinə malik "Osa" zenit raket kompleksinin (ZRK) vurulmasından sonra Rusiyanın bir sıra populyar KİV-lərində Azərbaycanı əleyhinə açıq-aydın düşmən mövqe nümayiş etdirməyə başlayıblar.

Reaksiya.az istipress-ə istinadən xəbər verir ki, bu barədə özünü hərbi ekspert kimi təqdim edən erməni Leonid Nersisyanın rus portalında yazdığı məqalədə mayın azərbaycanlıların Ermənistan ordusuna məxsus ZRK-nı məhv etməsini atəşkəsin pozulması kimi təqdim edib.

Müəllif iddia edir ki, Ermənistan ordusunun Dağlıq Qarabağa yerləşdirdiyi raket zenit kompleksi heç bir təhlükə törətmirmiş və o, ZRK-nın məhvini Bakının Qarabağda törətdiyi təxribat kimi təqdim etməyə çalışıb.

Onun məntiqindən çıxış etdikdə belə çıxır ki, Ermənistan ordusunun Qarabağdakı tankları ancaq uşaqları gəzdirmək üçündür, toplar, tüfənglər və digər atıcı silahlar isə uşaqların tirdə atmasından ötrüdür.

Yalnız üzdəniraq müəllif öz essesində unudur ki, Dağlıq Qarabağın Ermənistana heç bir dəxli yoxdur və bu ərazidə Ermənistan ordusuna məxsus istənilən silah-sursat beynəlxalq hüquqa görə, Azərbaycan ordusu tərəfindən məhv edilməlidir. Çünki bu qanla suvarılmış torpaq tarixən həmişə Azərbaycana məxsus olub və indən belə də həmişə Azərbaycana məxsus olacaq. Amma Leonid Nersisyan bunu qəbul etmək istəmir və "Regnum" saytı hətta beynəlxalq hüququn ziddinə Azərbaycan torpaqlarını parçalayaraq Dağlıq Qarabağ üçün xərtitə də dərc edib. 

Leonid Nersisyan məqaləsində ayıq olmağa çağırır. O yazır ki, istənilən laqeydlik ermənilərə baha başa gələ bilər, çünki Azərbaycan hücum etməkdə davam edəcək və bundan əl çəkmək niyyəti yoxdur. Bu məsələdə haqlıdır, əgər danışıqlar uğur gətirməsə, Azərbaycan öz torpaqlarını hərb yolu ilə geri qaytaracaq.

Amma Nersisyan öz cızma-qarasında bunu görməməyə çalışır və Azərbaycanın Qarabağda ermənilərə məxsus ZRK "Oka"nı məhv etməsi üçün səbəblər axtarmağa çalışır və çox utopik bir nəticəyə gəlir - iddia edir ki, Azərbaycan Bakıdakı banklardan birinin iflasına görə bu addımı atıb.

Bu yerdə adam istər-istəməz adını hərbi ekspert qoymuş bu cəfəngiyat yazarından soruşsun, bəs, keçən ilin aprelində baş vermiş 4 günlük döyüşlər nə ilə bağlı idi? Bakının bankları ki, onda problemsiz fəaliyyət göstərirdilər.

Hazırda Ermənistan Rusiyadan ona ayrılmiış nəhəng kreditlər hesabına hərbi texnika əldə edirlər. Azərbaycan banklarının necə işləməsindən asılı olmayaraq onlar da məhv ediləcəklər.

Yaxşısı budur ki, Ermənistan rəhbərliyi həmin pulları öz vətəndaşlarının ehtiyaclarına yönəltsinlər. Onlar pis yox, çox pis yaşayırlar. Statisikaya görə, Ermənistanda  insanların əksəriyəti SSRİ dövrünə qayıtmağı arzulayırlar, deyirlər ki, onda cənnətdəki kimi yaşayıblar.

Bu gün Ermənistanın əksər şəhərlərininin küçə və meydanlarında insanların sayı azalıb. Ermənilər başqa ölkələrə qaçırlar. Heç kim "Böyük Ermənistan" haqqında uydurulmuş cəfəng ideyalar uğrunda ölmək istəmir. Amma cənab "ekpert", siz Bakı banklarının işini diqqətdə saxlayın. Əgər problem yaranarsa, deməli, daha bir erməni ZRK-sı da vurulacaq. Erməni məntiqinə görə belə olmalıdır.

Reaksiya.az

 

 

Şərhlər

Çox oxunanlar