Bakı İŞİD və PKK-ya qarşı mübarizəni gücləndirməyə qərar verdi

05.06.2017 15:15     Siyasi reaksiya     1474

Hakimiyyət “Terorçuluqla mübarizə haqqında” Qanuna dəyişiklik edərək “terrorçu” və “terror təşkilatı” anlayışları haqda bölümü genişləndirir; Azərbaycan elə bir riskli regionda yerləşir ki, ölkənin terrordan qorunması indi ən aktual məsələlərdən biridir; prezident Respublika Günündə bu təhlükələrlə bağlı nələri demişdi?

İyunun 3-də Londonda baş vermiş terror aktı Avropaya və eləcə də dünyaya terrorçu qrup və təşkilatlarla mübarizənin necə önəmli olduğunu bir daha göstərdi. İraqdan və Suriyadan sıxışdırılan İŞİD terrorçuları indi nəinki Avropada, hətta Filippin adasında teraktlar törədərək tezliklə təslim olmayacaqları barədə mesaj vermiş oldular. Qardaş Türkiyə də ötən həftə PKK ilə mübarizədə yenə şəhidlər verdi.


Azərbaycan da elə bir riskli regionda yerləşir ki, ölkənin terrordan qorunması indi ən aktual məsələlərdən biridir. Təsadüfi deyil ki, Respublika Günü ilə bağlı rəsmi törəndə Azərbaycan prezidenti İlham Əliyev bu məsləyə xüsusi yer ayırmışdı. Sitata diqqət edək: “Bu gün bölgədə, dünyada risklər, təhlükələr artır, təhlükə mənbələri genişlənir, əfsus ki, bizim coğrafiyamızda sabitlik təmin edilmir, əksinə, ildən-ilə vəziyyət daha da gərginləşir. Ona görə təhlükəsizlik məsələləri ön planda olmalıdır”.

Dövlət başçısı daha sonra ölkəmiz üçün risklərin xaricdən formalaşdığını demişdi. “Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla. Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaqdır” deyə, prezident terrorizmlə mübarizənin gücləndirildiyinə açıq işarə etmişdi. Aydındır ki, prezident bu sözləri ilə həm də terrorçu təşkilatlara qarşı mübarizənin gücləndiriləcəyini nəzərdə tuturdu.

Image result for PKK PYD YPG

Ötən həftə sonu isə məlum olub ki, Azərbaycan rəhbərinin dedikləri sadəcə, gələcək plan deyil, bu istiqamətdə artıq real iş başlayıb. Belə ki, “Terorçuluqla mübarizə haqqında” Qanuna dəyişiklik edilir. Məlumata görə, qanunda əsas iki məsələ - “terrorçu” və “terror təşkilatı” anlayışları haqda bölüm genişləndirilir.

Image result for IŞİD


Hazırki qanunvericiliyə əsasən, terrorçu - hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxsdir. İndi isə hakimiyyət terrorçu ilə bağlı bu redaksiyada dəyişiklik edəcək. Sitat: “Terrorçu - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir”.

Yeni düzəlişdən göründüyü kimi, indi teraktda birbaşa iştirak edən yox, bu akta hər hansı formada dəstək vermiş şəxs də terrorçu hesab olunacaq.

Image result for PKK PYD YPG


Qanunda terror təşkilatları ilə bağlı maddə də dəyişdirilir. Hazirkı variantda göstərilib ki, “terror təşkilatı-terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir”.


İndi bu maddə konkretləşdirilir: “Terror təşkilatı - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən, terror aktlarını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirilməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır”. Bu maddə ilə terror təşkilatlarının tanınmasının əhatə dairəsi genişləndirilib.

Image result for ASALA


Azərnbayncann təkcə ASALA kimi erməni terror təşkilatlarının deyil, PKK-dan da zərbə alan ölnkənlər sıransınndadır. Çünnki ermənilər özləri də etiraf edirlər ki, Azərnbayncannın işnğal olunnmuş əranzılənrinndə PKK ternror təşnkılantı nəninnki kök sanlıb, hətnta onnlar bunranda illərdir ki, yernlənşibnlər, təlim mərkəzləri yaradıblar. PKK-nın işğal olunmuş ərazilərimizdə yernləşnmənsi isə təkcə Azərbaycan üçün deyil, ətraf dövlətlər üçün də çox bönyük təhnlünkə mənnbənyıdir.


Dünyanın dörd bir tərəfində dəhşətli terrorlar törədən İŞİD-ə isə təəssüf ki, Azərbaycandan da qoşulanlar var. Onların əksəriyyəti döyüşlərdə ölsələr də, hansısa yollarla yenidən ölkəmizə qayıdanlar da tapılır. Onlar burada da dinc oturmur, qeyr-qanuni əməllərinə davam edir, özlərinə tərəfdar toplayırlar. Qeyri-rəsmi məlumatlara görə, indiyədək təkcə Şəki və Zaqatala bölgəsindən Suriyaya gedənlərin sayının 250 nəfərdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın şimal bölgəsindən 100-ə yaxın adamın Suriyada vuruşduğu, onların əksəriyyətinin döyüşlərdə öldürüldüyü bildirilir.

Ötən il və bu ilin əvvəlində Dövlət Təhlükəsizlik Xidməti (DTX) həm şimal bölgəsində, həm Bakıda Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatlarına qoşulmuş bir neçə şəxsi zərərsizləşdirib. Belə görünür ki, rəsmi Bakı həm PKK, həm İŞİD və eləcə də regionu qana bulamaq istəyən digər terror qrupları ilə mübarizədə qərarlıdır və qanuna yeni düzəliş bunu bir daha təsdiqləyir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar