Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinlərinin adları dərc olunub

12.06.2017 10:17     Siyasi reaksiya     1402

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katibliyində yeni rəis müavinləri təyin olunub.

Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin ediliblər.

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinə Altay Həsənov rəhbərlik edir.

Anar Ələkbərov və Yusuf Məmmədəliyev Azərbaycanın Birinci vitse-prezidentinin köməkçiləridir.

Qeyd edək ki, bu il fevral ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Reaksiya.az

Şərhlər