Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu
22.06.2017 20:24 Siyasi reaksiya 1487
Aprel şəhidi Xaliq Əzizzadənin “Para" BOKT ASC-yə olan kredit borcu artıq bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.
Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, bu məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində idi:
“Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışdı və bildirdi ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban Əliyevanın diqqətindəsiniz. Anar Ələkbərov qeyd etdi ki, Mehriban Əliyeva həmişə şəhid ailələrinə diqqətlə yanaşıb”.
Q.Paşayeva daha sonra şəhid ailəsi ilə birlikdə banka getdiklərini bildirib: “BOKT-da bütün borcların bağlanması barədə sənəd şəhid ailəsinə təqdim olundu”.
Qeyd edək ki, “Para" BOKT ASC kredit borcuna görə məhkəməyə müraciət etmişdi.
Şərhlər