ATƏT XİN Şurası Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
29.06.2017 12:30 Siyasi reaksiya 1507
ATƏT-in nazirlər səviyyəsində qeyri-rəsmi görüşünün iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçirilməsi planlaşdırılır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.
O bildirib ki, görüşdə ATƏT məkanında mövcud münaqişələrin nizamlanması məsələsi müzakirə olunacaq.
M.Zaxarova qeyd edib ki, xarici işlər naziri Serget Lavrov da ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurtsun təşəbbüsü ilə keçiriləcək görüşdə iştirak edəcək.
Şərhlər