Fransızlardan sonra italyan deputatlar da Krım gedirlər

29.07.2015 15:40     Siyasi reaksiya     2708

 
Reaksiya.az saytı Rusiyanın "Kommersant" qəzetinə istinadən xəbər verir ki, fransızlardan nümunə götürən italyan deputatlar da insanların necə yaşadığını görmək üçün Krıma gedəcəyini yazıb.
İtaliyanın Beş Ulduz partiyasından millət vəkili Manlio Di Stefano "Kommersant" qəzetinə veridiy açıqlamada bildirib ki, Krıma reallaşdırılacaqları səfərin detallarının müəyyənləşdirilməsi üçün Romadakı Rusiya səfirliyi ilə danışıqlar aparcaqlar. Krıma gedəcək italyalı parlamentarilərin on nəfərlik heyət olacağını ifadə edən Di Stefano heyətin başında da parlamentin xarici işlər komitəsi üzvü Alessandro Di Battistanın olacağını söyləyib.
Qəzetin xəbərinə görə oktyabr ayında reallaşması planlaşdırılan Krım səfərində iştirak etməsi gözlənilən italyan parlamentarilərdən biri də ultra sağ partiyalardan biri olan Şimal Liqası partiyasından senatoru Sergio Divinadır.
 

Şərhlər

Çox oxunanlar