General yeni binanın açılışını etdi

01.07.2017 12:33     Siyasi reaksiya     1450

Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin əsaslı təmirdən sonra inzibati binasının açılış mərasimi keçirilib.

Nazirlikdən Reaksiya.az-a verilən xəbərə görə, tədbirdə iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyinə yüksək texnologiyalı bütün kommunikasiya xətləri, yeni mebel və digər zəruri avadanlıqlarla təchiz edilmiş üç mərtəbəli binanın inzibati, xidməti iş otaqlarından və konfrans zalından ibarət olması barədə məlumat verilib.

Mərasimdə Baş İdarənin fəaliyyəti və xidmətin təşkili ilə bağlı ətraflı brifinq təqdim olunub.

Tədbir iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Reaksiya.az

Şərhlər