“ABŞ İncirlik bazasından hər an istifadə edə bilər” - Bilgiç

29.07.2015 16:10     Siyasi reaksiya     1237

 

“İŞİD-ə qarşı əməliyyatlarda ABŞ-ın Türkiyənin İncirlik bazasından istifadə etməsilə bağlı sənədlər tamamilə hazırlanıb”.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib.

Onun sözlərinə görə, Türkiyə Nazirlər Kabineti bununla bağlı qərarı təsdiq edib: “Bu baxımdan ABŞ bazadan hər an istifadə edə bilər”.

Nazirlər Kabinetində keçirdiyi mətbuat konfransında Tanju Bilgiç jurnalistlərin suallarını cavablandırıb və Suriyadakı vəziyyətdən danışıb: “Hazırda Türkiyədə təxminən 2 milyon qaçqın var. Onlardan da 1,7 milyonu suriyalıdır”.

 

Şərhlər

Çox oxunanlar