Novak: "Türkiyə ilə müqaviləni iki həftə ərzində imzalaya bilərik"

29.07.2015 16:17     Siyasi reaksiya     2429

Rusiya enerji naziri Aleksandr Novak "Türk axını"nın birinci xətti ilə bağlı hökumətlərarası razılaşmanın iki həftə ərzində imzalana biləcəyini söyləyib.
Türkiyəyə daha əvvəl müqavilə təkliflərini çatdırdıqlarını ifadə edən Novak bildirib ki, bundan sonrası Türkiyə aiddir. Biz müqaviləni yaxın zamanda imzalamağa hazırıq. Bunu etmək üçün iki həftə bəs edəcək".
Cavab gözləyirik
Digər tərəfdən Türkiyənin də Rusiyaya öz təkliflərini göndərdiyini ifadə edən Novak bunları deyib: "Buna görə razılaşma üçün bir az zamana ehtiyacımız var. Ancaq Türkiyə tərəfindən də təklifimizə cavab gözləyirik".
 

Şərhlər

Çox oxunanlar