Qarabağ münaqişəsi təcili həll edilməlidir

07.07.2017 11:20     Siyasi reaksiya     1330

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki şəxslərinin həlak olması göstərir ki, Dağlıq Qarabağ münaqişəsini təcili olaraq həll etmək lazımdır.

Bunu trend-ə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Diplomat qeyd edib: "Təmas xəttindəki son hadisə göstərdi ki, bu münaqişə tez bir zamanda dinc yolla həll edilməlidir".

Onun sözlərinə görə, Meksika beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü prinsipinə ehtiram göstərdiyini dəfələrlə bəyan edib:

"Əlbəttə ki, biz vəziyyətin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində sülh yolu ilə həllinə çağırırıq".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar