"Əlil Sahibkarlar Təşkilatı" bəyanat yaydı

07.07.2017 22:22     Siyasi reaksiya     1573

"Əlil Sahibkarlar Təşkilatı" ictimai birliyi Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı


BƏYANATI


Azərbaycan,Sumqayıt
07 iyul, 2017-ci il

 

İyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzulinin Alxanlı kəndinin atəşə tutulması nəticəsində kənd sakinlərinin Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması, bir qadının isə ağır yaralanması Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir.
"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyi bəyan edirik ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törətdiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır. Ermənilərin törətdiyi bu vandalizm faktı ilə bağlı "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
20 ildər artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə məhəl qoymayan, danışıqlar prosesini uzatmaqla zaman qazanmağa çalışan Ermənistan, hələ də işğal faktını davam etdirir. Təəssüfedici faktdır ki, bu günə qədər Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə, soyqırım faktına dünya ictimaiyyəti yalnız münasibət bildirməklə kifayətlənib. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətinə qarşı heç bir təzyiqedici addımlar atmayıb.
Sülh missiyası daşıyan ATƏT-in Minsk Qrupu həmsədrləri də hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, işğal faktının aradan qaldırılmasına ikili standartlardan yanaşıb. Bunun özü də işğal faktını uzadan əsas amillərdən biridir. 1998-ci ildən bəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb: “Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşmüşdür. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs barədə razılıq əldə olunsa da, bu dövr ərzində Ermənistan Silahlı Qüvvələrinin hücumları və təxribatları nəticəsində 
Azərbaycan Respublikasının yüzlərlə hərbi qulluqçusu və dinc sakini həlak olub”.
Təmas xəttinə yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirirlər. Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsilə nəticələnir.
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və sülh missiyası daşıyan ATƏT-in Minsk Qrupu Ermənistanın işğal faktına son qoyması üçün təzyiqlər etməlidir. Əks halda işğal faktına son qoymaq üçün Azərbaycan öz müstəqil qərarını verməyə məcbur olacaq. Azərbaycanın istər siyasi, istərsə də hərbi cəhətdən müstəqil qərar vermək gücü və hüququnun olduğunu artıq hər kəs kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyi də bilir.
"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyi Ermənistanın iyulun 4-də Fizulinun Alxanlı kəndində törətdiyi soyqırım aktını pisləyir, Azərbaycanın ərzi bütövlüyünün təmin olunması üçün dövlət rəhbərliyinin verdiyi hər bir qərarı və Azərbaycan Ordusunu dəstəklədiyini bəyan edir, beynəlxalq təşkilatların erməni cinayətlərinə göz yummamağa çağırır!


“ƏST”İB - nin sədri Mirzə Məmməd Vəliyev

Şərhlər

Çox oxunanlar