Ermənistan TƏŞVİŞ İÇİNDƏ

10.07.2017 15:23     Siyasi reaksiya     1534

Sabah – iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər naziri Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-formal iclası çərçivəsində görüşəcək. Görüşdə konkret nələrin müzakirə ediləcəyi müəmmalıdır. Çünki iyulun 4-də Ermənistanın mülki azərbaycanlıları qətlə yetirməsindən sonra cəbhədə vəziyyət kifayət qədər gərginləşib və sülh danışıqları dalan girişi daha da dərinləşib. Bu baxımdan, sabahkı görüşün olduqca gərgin və nəticəsiz keçəcəyi ehtimalı böyükdür. Lakin Bakının İrəvan qarşısında konkret şərtlə çıxış edəcəyi də gözlənilir.

Erməni jurnalist Sarkis Artsruni yazır ki, Azərbaycan Ermənistan qarşısında tələblə çıxış edəcək: “Ya əraziləri qaytar, ya da müharibə başlanır”.

Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan da Azərbaycan Ordusunun mülki əhalinin qətlinə cavab olaraq erməni hərbi birləşmələrinin çoxsaylı canlı qüvvəsi və hərbi texnikasını məhv etməsini şərh edərkən, “Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır”, - deyə narahatlığını gilə gətirib. Bu, İrəvanın siyasi və hərbi rəhbərliyinin təşviş içində olduğunu göstərir.

S.Artsruni bunları qeyd edir: “Əgər həmsədrlər təcili nəsə etməsələr, Qarabağda şiddətli döyüşlər başlanacaq”.

“Azərbaycan güman ki, son şərti irəli sürəcək”, - deyə o vurğulayıb.

“Lragir” saytı da Azərbaycanın Ermənistana “sülh əvəzinə əraziləri qaytarmaq” şərtini irəli sürdüyünü yazıb.

“Vyana görüşü Qarabağda növbəti hadisələrin inkişafını müəyyənləşdirəcək və bu, olduqca gərgin olacaq”, - deyə erməni saytı Bakının səbrinin tükəndiyinə işarə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar