Rusiya NATO-ya etiraz edib

29.07.2015 18:03     Siyasi reaksiya     2499

Rusiya NATO-nun Gürcüstan və Ukraynanın daxil olduğu arealda Şərqə doğru genişlənməsinə öz etirazını bildirib. Rusiya bunun bir siyasi bir oyun olduğunu bildirir.
Reaksiya.az Almaniya mətbuatına istinadən bildirir ki, Riyanın NATO - dakı səfiri Aleksandr Qruşko NATO - nu Ukrayna ilə Gürcüstanı üzvlüyə qəbul edərək şərqə doğru genişləmə planına qarşı xəbərdarlıq edib. Qruşkobu cür bir siyasi oyunun bütün Avropa baxımından ağır geosiyasi nəticələri ola biləcəyini ifadə edib "Lifenews" kanalına açıqlama verən Qruşko Brüssel və digər Avropa paytaxtlarındaki rəsmilərin NATO-nun genişləməsinin yaradacağı təhlükənin və bunun mümkün ola biləcək faciəvi nəticələrinin fərqində olduğunu ümid etdiyini söyləyib.
Qruşko Ukraynaya isə birbaşa xəbərdarlıq edib. Rusiyalı rəsmi baş verə biləcək bir NATO üzvlüyünün Ukrayna cəmiyyətini ikiyə böləcəyindən və beynəlxalq əlaqələrdəki gərginliyi yüksəldəcəyini ifadə edib.
 

Şərhlər

Çox oxunanlar