Azərbaycanın hələ də işə salmadığı MƏXFİ SİLAHI

26.07.2017 12:05     Siyasi reaksiya     1498

Reaksiya.az publika.az-a istinadən xəbər verir ki, Ermənistanda narahatlıq Azərbaycanın müdafiə naziri Zakir Həsənovun “RİA Novosti”yə müsahibəsində “Azərbaycanın “İskəndər”lərin qarşısını ala biləcək silahları var” açıqlamasından sonra başlanıb.

Ermənistan mediası Azərbaycanın “İskəndər”lərin qarşısını ala biləcək məxfi silahının olduğu haqda yazır və buna görə Rusiyanı, eləcə də Sarkisyan hakimiyyətini ittiham edir.

Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Ermənistan hakimiyyəti Rusiyanın Azərbaycana silah satmasına qarşı heç nə edə bilmir:

“Əksinə, erməni ictimaiyyətini sakitləşdirmək üçün Rusiyanı müdafiə edir və qeyd edir ki, Rusiya Azərbaycana silah satmasa, Azərbaycan başqa ölkələrdən daha dəhşətli silahlar ala bilər. Hərçənd, Azərbaycan silahı təkcə Rusiyadan almır. Burada xüsusi məsələ, bu gün Azərbaycanın məxfi silahının olmasıdır. Azərbaycanın müdafiə naziri “İskəndər”lərin qarşısını ala biləcək silahlarının olduğunu açıqladı, Rusiya isə bu haqda susdu. Görünür, Bakı bu məxfi silahı başqa ölkədən alıb və lazım olanda üzə çıxaracaq”.

A.Badalyan hesab edir ki, Rusiyanın Türkiyəyə S-400 raket kompleksi satması da Ermənistan üçün təhlükəlidir.

“Heç kim zəmanət verə bilməz ki, Türkiyə bu raket komplekslərdən birini Azərbaycana verməyəcək”, - deyə o bildirib.

 


Qeyd edək ki, Azərbaycanın Türkiyə vasitəsilə S-400 raket kompleksini əldə etməsi ehtimalları var.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar