Möhtəşəmlik?.. - Səhv, yoxsa doğru? - FOTOFAKT - FOTOLAR

27.07.2017 20:17     Siyasi reaksiya     3434

Reaksiya.az xəbər verir ki, daim Heydər Əliyev ideyalarına sadiqliyini açıq-açığına elan edən, cənab prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini bildirərək "İctimai Nəzarət Kolisiyası"nı təsis edən Rasim Məmmədov bu gün özünün "Facebook" səhifəsində xaricdən maliyyələşən antiazərbaycançı qüvvələrin ümummilli lider Heydər Əliyev haqqında hazırladığı "ƏLİYEV KORRUPSİYA İLƏ BAĞLI SUALDAN NECƏ YAYINIR" şər və böhtan xarakterli video - yazını paylaşaraq, üzərinə də "MÖHTESHEMLIK" yazıb. İnanmaq istəyərik ki, dəyərli İNK sədri Rasim müəllim bu paylaşımın fərqinə varmadan, bilmədən edib. Amma bütün bunlara baxmayaraq, ictimai fəaliyyətlə məşğul olan bir şəxsin bilib - bilmədən öz ideallarının əleyhinə paylaşım etməsi nə dərəcədə doğrudur?! Ən dəhşətlisi isə odur ki, paylaşımın üzərindən 2 saatdan artıq vaxt ötməsinə baxmayaraq, yüzlərlə üzvü olan İNK - dən bir nəfər də olsa, cənab sədrə paylaşımı barədə məlumat verməyib. Xüsusi olaraq, qeyd edək ki, həmin videonun altında ümummilli liderimiz rəy yazan antiazərbaycançı qüvvəllər tərəfindən təhqir olunur.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar