Rusiya BMT-nin layihəsinə veto qoydu - SƏBƏB - VİDEO

30.07.2015 11:30     Siyasi reaksiya     1545

Rusiya Malayziya Hava Yollarının Ukraynanın şərqində ötən il vurulan MH17 sərnişin təyyarəsi ilə bağlı beynəlxalq məhkəmə qurulmasını nəzərdə tutan Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının layihəsinə veto qoyub.

Reaksiya.az xəbər verir ki,  səsvermə ərəfəsində həmin təyyarədə həyatını itirən 298 sərnişin üçün bir dəqiqəlik sükut edilib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin çıxışında layihəyə dair etirazını bildirib. Sərnişin təyyarəsinin vurulması səbəblərinin ortaya çıxarılması üçün tam müstəqil və tərəfsiz istintaqın aparılmasına dəstək olmağa davam edəcəklərini deyən Çurkin, beynəlxalq məhkəmənin siyasi təzyiq və media təbliğatına müqavimət göstərə bilməyəcəyi qənaətində olduğunu da qeyd edib.

Malayziyanın digər üzv ölkələrlə birlikdə hazırladığı layihəyə Təhlükəsizlik Şurasında 11 ölkə dəstək verib. Anqola, Venesuela və Çin isə bitərəf qalmağı üstün tutub.

Səsvermədən sonra Ukrayna xarici işlər naziri Pavlo Klimkin Rusiyanın veto qərarına görə  təəssüf hissi keçirdiyini bildirib. Klimkin Rusiyanın "qatillərin tapılması ilə siyasəti bir-birinə qarışdırdığını” qeyd edib.

Qeyd edək ki, Amsterdamdan Kuala Lumpura səfər edən Malayziya Hava Yollarına məxsus təyyarə 17 iyul 2014 il tarixində münaqişələrin yaşandığı Ukraynanın cənub-şərqindəki Donetsk şəhəri yaxınlığında bir zenit raketilə vurulmuşdu.

 

 

Şərhlər

Çox oxunanlar