Türkiyədən Çinlə bağlı gözlənilməz addım - VİDEO
30.07.2015 12:01 Siyasi reaksiya 1183
Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Pekində keçirilən Türkiyə və Çin Xalq Respublikası Biznes Forumunda iştirak edib. Səfərin ikinci günündə Ərdoğan danışıqlara dair mətbuat konfransı keçirib.
Reaksiya.az xəbər verir ki, prezident iş adamlarının və iki ölkənin rəsmilərinin görüşlərindən sonra razılaşdırılan müqavilələr haqqında danışıb. Ərdoğan valyuta məzənnəsi təzyiqindən xilas olmaq üçün iki ölkə arasındakı ticarətdə yuan və lirənin istifadə edilməsi haqqında ətraflı söhbətlər apardığını bildirib.
Bundan başqa Ərdoğan Türkiyənin maliyyə müşavirliyi ilə Çin inkişaf bankı arasında müqavilə imzalanmasının gözləildiyini bildirib. Bu sazişin Türkiyədə keçiriləcək böyük miqyaslı layihələr üçün maliyyə mənbəyi olacağını deyib.
Ərdoğanın Çin səfəri 5 gün davam edəcək. Qarşıdakı günlərdə iki ölkənin iş adamları arasında işgüzar müqavilələrə imza atılması gözlənilir.
Şərhlər