Azərbaycan və Çexiya XİN-in rəsmiləri görüşdü
14.08.2017 13:35 Siyasi reaksiya 1522
Ölkəmizdə səfərdə olan Çexiya Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Petr Qayduşek Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov tərəfindən qəbul edilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.
Şərhlər