Müxalifət partiyası Əli Həsənovu qurultaya dəvət etdi

30.07.2015 13:21     Siyasi reaksiya     1504

 

Avqustun 1-də Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçiriləcək.

Reaksiya.az xəbər verir ki, partiyanın təşkilat komitəsi tərəfindən qurultaya qonaq qismində iştirak etmək üçün Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov və Ədliyyə Nazirliyinin rəsmiləri dəvət olunub.

Qurultaya Azərbaycanda fəaliyyət göstərən digər müxalif partiyaların sədrləri ilə yanaşı, Türkiyədən də siyasətçilər dəvət edilib.

 

Şərhlər

Çox oxunanlar