Musavat Qadın Birliyi özünü buraxdı - BƏYƏNAT EKSKLUZİV

04.06.2015 12:26     Siyasi reaksiya     1051

Bu gün Musavat Qadınlar Birliyi bəyənat yayaraq özünü buraxdığını elan  edib. Bəyənatla sizləri tanış edirik.

 

Musavat Qadınlar Birliyinin BƏYƏNATI
Musavat Partiyasının VIII Qurultayından sonra formalaşan yeni rəhbərliyin partiyadaxili demokratiyanı zədələyən addımlar atması,fərqli düşünən insanlara qarşı ağır cəza metodikasından istifadə etməsi, ümumi maraqların getdikcə qrup maraqlarına qurban verilməsi , ulu öndərimiz M.Ə.Rəsulzadənin bizə miras qoyduğu ideoloji və siyasi mübarizə yolundan sapmalar bir çox vicdanlı müsavatçılar kimi Qadınlar Birliyinin üzvlərini də narahat edir.
Zaman-zaman partiya rəhbərliyinə öz iradlarını bildirən Musavat Qadınlar Birliyinin üzvləri demokratik ab-havanın yenidən bərqərar olacağını ümidlə gözləsələr də təəssüf ki, gözləntilər özünü doğrultmadı.Partiyan­ın Qadınlar Birliyinin sədri Ellada Məmmədli əsassız bəhanələrlə Nizamnaməyə zidd olaraq partiyadan xaric edildi. Bir çox tanınmış musavatçı xanımlar buna etiraz olaraq partiyadan istefa verdilər. Lakin bu müddət ərzində partiyanın siyasi kursunda rəhbərliyin "qisasçılıq" metodikasından başqa dəyişən bir şey olmadı. Artıq Musavat Partiyasının Qadınlar Birliyini təşkil edən üzvləri belə bir birliyin fəaliyyət göstərməsinə ehtiyac olmadığını dərk edərək, Musavat Qadınlar Birliyinin buraxəlmasını bəyan etdilər. Baş verən proseslərə etiraz əlaməti olaraq, Musavat Qadın Birliyi özünü buraxılmış elan edir.

Şərhlər

Çox oxunanlar