BMT Baş Assambleyasının 72-ci sessiyasında müzakirələr başlayıb
19.09.2017 18:55 Siyasi reaksiya 1353
"Dünyada qeyri-sabitlik və münaqişələr dərinləşir. Lakin bu prosesi aradan qaldırmaq mümkündür".
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antonio Qutteriş Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında ümumsiyasi müzakirələrərin açılışı zamanı deyib.
"Birləşmiş Millətlər Təşkilatı ciddi çağırışlarla üzləşir. İnsanlar çətinlik çəkir və əziyyət içindədir. Onlar təhlükəsizlik sahəsinin pisləşdiyinin, bərabərsizliyin, münaqişələrin dərinləşməsinin, iqlimin dəyişməsinin şahidi olurlar. Bütün bunlara baxmayaraq, biz sülhə nail ola biləcəyik", - baş katib bildirib.
A.Qutteriş vurğulayıb ki, Suriyada, Yəməndə, Əfqanıstanda baş verən münaqişə və böhranları yalnız siyasi yolla həll etmək lazımdır: "Biz xaos yaradan və ekstremist münaqişələri həll etməyənədək terrorun kökünü kəsə bilməyəcəyik".
Şərhlər