ATƏT PA-nın xüsusi nümayəndəsi Cənubi Qafqaza səfəri ilə bağlı hesabat təqdim edəcək

27.09.2017 12:26     Siyasi reaksiya     1385

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin regiona səfəri ilə bağlı oktyabrın 4-də ATƏT PA Daimi Şurasına hesabat təqdim edəcək.

ATƏT PA-nın yaydığı məlumatda bildirilir ki, hesabatda müəllifin regionda fəaliyyəti ilə bağlı konkret təkliflər yer alacaq.

 

Qeyd edək ki, sentyabrın 24-dən regiona səfəri başlayan K. Vigeninin Azərbaycan səfəri başa çatıb. O, Bakıdan Gürcüstana, sonra isə Ermənistana gedəcək. Səfər sentyabrın 30-da başa çatacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar