Türkiyənin müdafiə naziri: "Müdafiə sənayesi sahəsində səyləri birləşdirməliyik"
28.09.2017 11:32 Siyasi reaksiya 1592
"Azərbaycan torpağı olan Qarabağın işğaldan olunması vacibdir".
Bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.
O bildirib ki, Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq.
"Azərbaycan gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanla Türkiyə ən çətin anlarda xarici dövlətlərdən silah almaq məsələsində problemlərlə üzləşib. Ona görə də müdafiə sənayesini sahəsində də səyləri birləşdirməliyik", - deyə N. Canikli qeyd edib(apa).
Şərhlər