Türkiyənin müdafiə naziri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

28.09.2017 12:18     Siyasi reaksiya     1279

Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərliyi ilə nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Apa-nın məlumatına görə, Heydər Əliyevə ehtiram bildirilib, məzarı önünə əklil qoyulub.

Akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, məzarı üzərinə güllər düzülüb.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Reaksiya.az

Şərhlər