Minsk qrupu həmsədrlərinin Bakıya gələcəyi dəqiq tarix açıqlandı

03.10.2017 15:35     Siyasi reaksiya     1382

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7-də Bakıya gələcəklər.

Bunu bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkin ilə görüşdən sonra mətbuat konfransında deyib.

Qeyd edək ki, həmsədrlər oktyabrın 6-da Yerevanda olacaqlar.

E.Məmmədyarov bildirib ki, həmsədrlər Azərbaycan və Ermənistan przidentlərinin növbəti görüşünün gündəliyini müzakirə etmək üçün gəlirlər.

Nazirin sözlərinə görə, prezidentlərin görüşündən sonra həmsədrlər məntiqi nəticələrə nail olmaq və prosesi ölü nöqtədən tərpətmək istəyirlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar